Bakıya qayıdan millət vəkili Fəzail Ağamalının səhhəti bərpa olunub.
Bu barədə Yenicag.az-a Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalının oğlu Elçin Ağamalı məlumat verib.
Elçin Ağamalının sözlərinə görə, Fəzail bəy səhhətini və iş qabiliyyətini tam bərpa edib:
“Atam artıq Bakıdadır. Səhhətində əvvəldən də ciddi problem yox idi, müalicədən sonra isə vəziyyəti tam normaldır, özünü yaxşı hiss edir.
Fəzail müəllim yəqin bu həftədən etibarən işə çıxacaq. Sizi maraqlandıran bütün sualların cavabını özündən öyrənə bilərsiniz”.
A. Zeynalov
www.yenicag.az