“…, gah döyüldün, başının pariki yerlərdə süründü”

media-hightechnic-468x90

96237Xalq artisti İlhamə Quliyeva həmkarı olan digər xalq artisti Flora Kərimovanın onun barəsində səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Yenicag.az ölkə.az-a istinadən xəbər verir ki, İlhamə Quliyeva açıqlamasında Flora Kərimovanın vətən üçün heç bir xidmətinin olmadığını, bunun üçün də bu tədbirə dəvət edilmədiyini bildirib:

“Niyə sən bu qədər alçalırsan? Lazım bilsəydilər, səni dəvət edərdilər. Sənin vətənə heç bir xidmətin olmayıb, heç vaxt vətəninə sadiq olmamısan, torpağın qədrini bilməmisən. Xalq bilir sən ömrün boyu hansı məzhəbə qulluq etmisən. Mən bu gün üzdəyəm. Nazir iclasda da dedi ki, biz bura sənətin qaymaqlarını dəvət etmişik. Orada Arif Babayev, Alim Qasımov, Ağaxan Abdullayev də var. Amma mən xüsusi dəvət olunmuşam. Sənə yazığım gəlir. Çünki heç bir dəftərdə adın yoxdur. Sənə təklif etsəydilər, imtina edərdin? Axı sənə deməzlər. Sən torpaq satmısan, dövlət, xalq, bayraq qədri bilməmisən. Səni tanıyanlar gülür ki, gah o başa getdin, gah bu başda süründün, gah döyüldün, başının pariki yerlərdə süründü. Hələ dilin də var danışmağa? Yaxşısı budur məhkəmədə mənə uduzduğun üç min manatı göndər. Göndərməsən, səni həbs etdirəcəyəm. Yazığım gəlirdi, amma gördüm ki, sən başa düşmürsən. Məni xalqım, dövlətim sevir. Bayrağıma, torpağıma qurban olum. Belə o məşəli əlimə alacağam. Yanımda olsan, səni o məşəllə yandıracağam”.

Qeyd edək ki, Flora Kərimova Avropa Oyunları məşəlinin İlhamə Quliyeva tərəfindən daşınmasına münasibət bildirərkən bu qərarı yanlış hesab etdiyini açıqlamışdı:

“Kimsə bizi bütün dünyaya güldürmək istəyir. Görün, nə günə qalmışıq ki, layiqli adamlar qala-qala məşəlin daşınmasını İlhamə Quliyevaya həvalə ediblər. Əgər o xalqını, vətənini təbliğ etdiyi qədər sevirsə, özü bu addımdan imtina etməlidir. Niyə imtina etməli olduğunu özü və bütün Azərbaycan bilir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600