General cəbhəyə yola düşdü

media-hightechnic-468x90

82366Cəbhə bölgəsində yerləşən hərbi hissələrin mənəvi-psixoloji hazırlıq səviyyəsi yoxlanılır.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, nazirin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev və Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Rüfət Əmirov idarə heyəti ilə birgə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yoxlanılması məqsədilə cəbhəboyu zonada yerləşən hərbi hissələrdədirlər.

Yenicag.az anspress-ə istinadən bildirir ki, onlar birlik və birləşmələrin şəxsi heyəti ilə görüşlər keçirərək vəziyyətlə yerində tanış olub, hərbi qulluqçuların günün nizam qaydalarına uyğun fəaliyyəti və sosial-məişət şəraiti ilə maraqlanıblar.

Bütün birlik və birləşmələrdə müxtəlif kateqoriyalardan olan şəxsi heyətlə keçirilən görüşlərdə hərbi qulluqçuların vətənpərvərlik ruhu, qalibiyyət əzmi, döyüş hazırlığı və maddi-texniki təminatı yüksək qiymətləndirilib.

Aparılan söhbət zamanı şəxsi heyət doğma yurdumuzdan işğalçıları qovmaq üçün son damla qanlarınadək döyüşəcəklərini bildiriblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa