Həmyerlimizdən tarixi kəşf: Süni əzələ yaradıldı - VİDEO  

media-hightechnic-468x90

İnsanabənzər robot istehsalı sahəsində rəqabət hər gün bir az da gərginləşir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, ABŞ-ın Kolumbiya Universitetində robotlar üçün əzələ istehsal olunub. Hod Lipsonun başçılıq etdiyi bir qrup mühəndis 3D printerlər vasitəsilə sintetik əzələ hazırlayıb. Təbii əzələlərdən 15 dəfə daha böyük olan və öz ağırlığının min qatını daşımağa qadir olan əzələ ilə bağlı Nature Communications jurnalı məlumat yayıb.

Lipson robotların xarici görünüşündə böyük bir dəyişiklik edəcəklərini söyləyib:

“Robotların zəkası sahəsində böyük addımlar atılıb, ancaq onların vücudları hələ də ibtidai formadadır. Real insana bənzəyən robotların istehsalında yeni bir uğur əldə etdik.”

Aslan Miriyev

Araşdırmanın müəllifi həmyerlimiz Aslan Miriyev, bu yeniliyin üstünlüklər barədə bunları deyib:

“Beləliklə, robotlar itələmək, dartmaq, əyilmək, dönmək və ağırlıq qaldırmaq kimi hərəkətləri də yerinə yetirə biləcək. Əldə etdiyimiz nümunə həqiqi əzələyə oxşar ən yaxşı variantdır.”

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05