Tanınmış pianoçu, əməkdar artist Emil Əfrasiyab özünə gizli toy edib.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, o, ötən gün müğənni Leyla Babayeva ilə ailə həyatı qurub. Toyda Leyla həyat yoldaşı üçün “Sevgilim” mahnısını ifa edib.
Qeyd edək ki, bu, sənətçinin üçüncü evliliyidir.
Emilin ilk evliliyindən bir qız, ikinci evliliyindən isə iki oğlan övladı var.
Onun ikinci həyat yoldaşı xalq artisti, tanınmış bəstəkar Oqtay Zülfüqarovun nəvəsidir.
Müğənni Ədalət Şükürov da sənət dostunun şad günündə iştirak edib.
Toydan eksklüziv görüntüləri təqdim edirik:
Cəvahir
www.yenicag.az