İlham Əliyev Prezident Administrasiyasında yeni təyinat etdi

media-hightechnic-468x90

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini vəzifəsinə təyinat olub.

Yenicag.az-ın məlumatına görə, Prezident İlham Əliyevin sərəncamı ilə Nüsrət Süleyman oğlu Süleymanov Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdir.

Modern.az-ın məlumatına görə, Administrasiyanın Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini vəzifəsinə təyinat alan Nüsrət Süleyman oğlu Süleymanov buna qədər diplomatik xidmət orqanının əməkdaşı olub. O, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyır./APA/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600