İngiltərəli aktyor İŞİD-ə qarşı
“Qəraib dəniz quldurları” (Pirates of the Caribbean) və başqa bir neçə filmdə rol alan ingiltərəli aktyor Maykl Enrayt İŞİD-lə müharibəyə hazırlaşır.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, 51 yaşlı aktyor son 2 aydır Suriyada hərbi təlim keçir. Buna görə kariyerasına fasilə verən M.Enraytın sözlərinə görə, ABŞ-lı jurnalist Ceyms Folinin başı kəsilərək öldürüləndən sonra bu addımı atmağa qərar verib.
Aktyorun üzərindəki hərbi formanı 24 saat soyunmadığı və ona verilən Kalaşnikov markalı silaha isə `Olqa` adı qoyduğu bildirilir.