!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran-Azərbaycan turizm konfransı keçirilib

!Reklam – Yazi

Tehranda İran və Azərbaycan arasında ilk turizm konfransı keçirilib.

Yenicag.Az-ın “APA”ya istinadən verdiyi məlumatına görə, konfransda Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə, Tacikistanın İrandakı səfiri Nemətullah İmamzadə, Özbəkistanın səfiri Bahadur Abdullayev, Türkmənistanın səfiri Əhməd Qurbanov və digər rəsmi şəxslər iştirak edib.

Azərbaycan səfiri Bünyad Hüseynov çıxış edərək bildirib ki, xarici ölkə vətəndaşlarının rahatlıqla Azərbaycan vizası əldə etməsi üçün “ASAN Viza” sistemi yaradılıb və hər kəs internet vasitəsilə 3 mərhələdə Azərbaycan vizası ala bilər. O, viza xərclərinin 20 dollara qədər ucuzlaşmasını turizmin inkişafında önəmli addım adlandırıb: “Hazırda AZAL İrandan Azərbaycana həftədə 10 uçuş həyata keçirir. Bundan başqa, İranın “Mahan” və “Ata” şirkətləri də Azərbaycana sərnişin daşıyır. Ötən ildən İranın Yəzd, Əhvaz, Təbriz, Urmiyə və Məşhəd şəhərlərindən də uçuşlar həyata keçirilir”.

Səfir qeyd edib ki, Azərbaycanda hər il bir çox festivallar keçirilir və Bakı ilə yanaşı, turistlərin marağına səbəb olacaq başqa gözəl şəhərlər və yerlər də var.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də iki ölkə əlaqələrinin inkişafında turizmin rolundan danışıb və qeyd edib ki, İrana ziyarət, müalicə və gəzinti məqsədilə səfər edən turistlərin əksəriyyəti azərbaycanlılardır. Səfir deyib ki, Azərbaycan prezidenti İlham Əliyev öz çıxışlarında iki önəmli məsələni vurğulayır, onlardan biri kənd təsərrüfatının, digəri isə turizmin inkişafıdır: “Düşünürəm ki, iki ölkə arasında turizmin inkişafı və turistlərin rifahının təmin edilməsi istiqamətində çalışmalıyıq. Turistlərin Azərbaycanın digər şəhərlərinə də səfər etməsi önəmlidir. Qəbələ, Gəncə və digər gözəl şəhərlər var ki, turistləri özünə cəlb edə bilər”.

Səfir hər iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərini problemsiz etmək üçün bir sıra layihələr üzərində çalışdıqlarını söyləyib.

Tədbirin sonunda iki ölkə turizm şirkətlərinin nümayəndələrinə və fəallara hədiyyələr təqdim olundu.

Yenicag.Az

COP29

www.yenicag.az

1237
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv