!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran sanksiyaları: Azərbaycan üçün müsbət və mənfi təsirləri - ŞƏRH

!Reklam – Yazi

“ABŞ-ın İrana yönəlik yeni sanksiyaları Azərbaycana həm müsbət, həm də mənfi mənada təsir göstərə bilər”

Vüqar Bayramov

Bu sözləri Yenicag.az-a açıqlamasında Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi yeni embarqo siyasətinin Azərbaycana nə kimi təsirlərinin ola biləcəyinə münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib.

V.Bayramov öncə müsbət təsirlərin nədən ibarət ola biləcəyinə aydınlıq gətirib:
“İrana tətbiq edilən sanksiyalar neft bazarında boşluq yaradarsa və neftin qiymətində artım müşahidə olunarsa, bu halda proses Azərbaycana daha çox valyutanın daxil olmasına imkan yaradacaq. Nəticədə neftin dünya bazarında qiyməti bahalaşacaq və bu səbəbdən Azərbaycan iqtisadiyyatı qazanacaq. Amma onu da nəzərə alaq ki, Tramp administrasiyası İranın neft bazarından çəkilməsi fonunda yaranacaq gündəlik hasilatın bir milyon barel azalmasının OPEK tərəfindən qarşılanmasını istəyib və Vaşinqtonun istəyinə müsbət cavab verilib. Deməli, bu fonda neftin dünya bazarında qiymətində kəskin artımlar olmayacaq. Sözügedən prosesin ölkəmizə münasibətdə digər potensial müsbət təsiri isə ondan ibarət ola bilər ki, şimal və cənub qonşumuza edilən sanksiyalar fonunda Azərbaycan ərazisindən daşınan beynəlxalq yükdaşımaların həcmi və belə olan halda ölkəmizin bu istiqamətdə əldə etdiyi gəlirlər artar”.

Ancaq ekspert bu qənaətdədir ki, sanksiyalar prosesinin ölkəmizə gətirəcəyi mənfi təsirlər daha genişdir:
“Bu fonda İranla Azərbaycan arasında bağlanan birgə layihələrin reallaşması sual altında qalacaq. Birgə layihələrin reallaşması praktik olaraq mümkün olmayacaq. Son illər Tehranla Bakı arasında iqtisadi-ticari münasibətlərin yaxşılaşması müşahidə olunur. Bu da özünü daha çox birgə layihələr və birgə sərmayələr formasında göstərir. Belə olan halda dayanması gözlənilən birgə layihələrə Neftçaladakı avtomobil zavodu və dərman preparatlarının istehsalını aid etmək olar.

O da mümkündür ki, belə olan halda İran tərəfi həmin layihələrdəki payını Azərbaycanın və digər ölkələrin şirkətlərinə versin. Bildiyimiz kimi, şimal-cənub nəqliyyat dəhlizinin reallaşması fonunda İran Astarasında yol xəttinin genişləndirilməsi nəzərdə tutulub. Sanksiyalar fonunda isə şimal-cənub nəqliyyat dəhlizinin İran ərazisindən keçməsi real görünmür. Bu da təbii ki, nəqliyyat sahəsindəki əməkdaşlığın gələcəyini praktik olaraq sual altına alır. Deməli, sanksiyalar qüvvədə qalan müddətdə nəqliyyat sahəsində də əməkdaşlığımız real olmayacaq. Maliyyə-bank sektorunda əməkdaşlıq isə praktik olaraq dayanıb. Güman olunur ki, yaranmış vəziyyətdə iki ölkə arasında ticari əlaqələrdə də azalmalar baş verəcək. İranla 300 milyon dollarlıq ticarət dövriyyəsinə maliyik ki, sanksiyalar fonunda onun 20-30 faizə azalacağı istisna deyil”.

Qeyd edək ki, avqustun 6-dan etibarən ABŞ İrana yönəlik yeni embarqo siyasətinə başlayıb. Bu sanksiyalar isə daha geniş aspektləri əhatə edir. Hansı ki, Azərbaycan sanksiyalara düşən bir sıra sahələr üzrə İranla iqtisadi-ticari əlaqələr qurub.

ELÇİN

COP29

www.yenicag.az

3746
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv