İranda COVİD-19 qurbanlarının sayı ARTDI

İranda koronavirus qurbanlarının sayı artıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat yayıb.

Məlumata görə, COVİD-19-a daha 1 762 nəfər yoluxub və aktiv virus daşıyıcılarının sayı 24 811 nəfərə çatıb. Ölənlərin sayı isə 122 nəfər artaraq 1 934 nəfər olub.

Həmçinin 8 913 nəfərin sağalaraq xəstəxanalardan buraxıldığı da vurğulanıb.

COP29