!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İraqın şiə lideri İrana qarşı - Sədr "Haşdi Şabi"ni niyə ləğv etdirməyə çalışır?

!Reklam – Yazi

İraqın şiə dini liderlərindən Mukteda es-Sadr İran tərəfindən dəstəklənən və vətəndaş qırğınları törədən “Haşdi Şabi” qrupunun ləğv edilməsi üçün Bağdada müraciət edib.

Yenicag.Az xəbər verir ki, ötən həftə Səudiyyə Ərəbistanına səfərindən sonra açıqlama verən Sadr, İraq Baş Naziri Haydar İbadidən “Haşdi Şabi”nin fəaliyyətinə son qoyması və orduya tabe edilməsini tələb edib.

Sadr bəyanatında aidiyyatı şəxslərə bütün silahlı qruplaşmaların silah-sursatına əl qoymaları üçün çağırış edib. Onun sözlərinə görə, silah yalnız dövlətin əlində və baş nazirin nəzarətində olmalıdır.

Tehran rəhbərliyi tərəfindən İran İnqilab Mühafizəçiləri modelində qurulan “Haşdi Şabi” İraq və Suriyada tamamilə İranın əmrində hərəkət edir. İranın İraqda hakimiyyəti mütləq şəkildə əldə etməsi üçün çalışan təşkilat 2016-cı ilin dekabrında İraq məclisində “Baş nazirə bağlı silahlı bir qurum” olaraq qəbul edilib və “hüquqi status” qazanıb. Şabi polisləri 16 ölkənin 100-dən çox silah növündən istifadə edirlər.

Yenicag.az

COP29

www.yenicag.az

1008
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv