Kamran Həsənli: “Qırğın olacaq”

media-hightechnic-468x90

44913_swnfgeiyux“Günə baxan” verilişindən uzaqlaşan şoumen Kamran Həsənli yeni layihəsi ilə bağlı açıqlama verib.

Yenicag.az axsam.az-a istinadən xəbər verir ki, aparıcı canlı yayımda bunları deyib:

“Bu verilişə qədər tam başqa formatda çalışmışam. Günorta, ya da axşam efirində olmuşam. “Günə baxan”a dəvət alanda ilk düşündüyüm səhər necə oyanacağım idi. Dostlarım inanmırdı ki, mən yuxudan tez durub, verilişə gələrəm. Gəldim, yaradıcı heyəti, tamaşaçıları sevdim. Mən əvvəlki çalışma formatıma qayıtmaq arzusunu unutmadım. Gələn həftənin bazar günü yeni verilişim efirə gedəcək. Rövşanə Bektaşi ilə birlikdə aparıcılıq edəcəyik. O da, mən də çox danışanıq. Qırğın olacaq”.

R.Bektaşi yeni layihədən danışıb:

“Televiziya yenilik tələb edir. Hər dəfə efirə yeniliklərlə çıxmaq lazımdır. Tamaşaçı eynilikdən yorulur. Kamranla biz illərin dostuyuq. İnanıram ki, işbirliyimiz maraqlı olacaq. Verilişdə yaşanacaq məqamların dostluğumuza təsiri olmayacaq. İki qoçun başı bir qazanda qaynayacaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600