Kəmaləddin Heydərov İran naziri ilə görüşüb

media-hightechnic-468x90

a77dfe295e27308af9c089a8ee987f92Yanvarın 28-də Azərbaycan Respublikası fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenicag.az apa-ya istinadən bildirir ki, qonaqları səmimi salamlayan Kəmaləddin Heydərov bildirib ki, iki ölkə prezidentlərinin səyləri nəticəsində intensiv inkişaf edən ikitərəfli əlaqələr yeni vüsət alıb. O, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, həmçinin, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında qonaqlara ətraflı məlumat verib.

İranlı nazir səmimi qəbula görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi nazirliyin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığından bəhs edib. O, iki ölkənin uyğun qurumları arasında fövqəladə halların idarə olunması sahəsində də əməkdaşlığın geniş perspektivləri olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600