!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kişilər dövləti”nin qurucusuna 2 il həbs cəzası: “Etirazım yoxdur”

!Reklam – Yazi

Kişilərin qadınlar üzərində üstünlüyünü təbliğ edən hərəkatın rəhbəri barəsində hökm çıxarılıb.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Rusiyanın Nijni Novqırıd şəhərinin Sovet rayon Məhkəməsi “Kişilər dövləti” hərəkatının rəhbəri Vladislav Pozdnyakovu 2 il müddətinə şərti olaraq azadlıqdan məhrum edib.

Məlumata görə, Pozdnyakovun cəzalandırılmasının səbəbi onun “Vkontakte” sosial şəbəkəsində qadınların aşağılanmasına yönəlik “Kişilər dövləti” adlı qrup yaratması olub.

“Səbəbkar” məhkəmənin onun barəsində çıxardığı hökmdən razı qalıb:
“Mənim ittiham olunduğum maddə əsasında başqaları 2-3 il müddətinə daha uzaq yerləri “bəzəyirlər”. Ancaq mən onlarla müqayisədə şərti cəza ilə canımı qurtardım. Məsələyə bu tərəfdən baxsaq, hökmdən narazılığım yoxdur”.

Qeyd edək ki, “Kişilər dövləti” hərəkatının qurucusu olan Pozdnyakov bloger və fitnes məşqçisidir. O, sentyabrın sonlarında qadınlara qarşı nifrəti təbliğ etdiyi üçün həbs olunmuşdu.

COP29

www.yenicag.az

1823
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv