Kıvanç Tatlıtuğ Türkiyəni niyə tərk edir?

media-hightechnic-468x90

hhhhhhhuyTürkiyənin tanınmış aktyoru Kıvanç Tatlıtuğ, haqqında yayılan söz-söhbətlərdən sonra Londona getmək qərarına gəlib.

Hər seriyasına 2 milyon dollar xərclənən, lakin gözlənilən reytinqi yığa bilməyən “Qurd Seyid və Şura” serialında baş rolda çəkilən Tatlıtuğun oyunu son zamanlar müzakirə mövzusuna çevrilib.

Sosial şəbəkələrdə Kıvançın daha əvvəl çəkildiyi “Kuzey Güney” serialındakı obrazında qaldığı və özünü təkmilləşdirmədiyi deyilir. Həmçinin müəllimi İpək Bilginlə yollarını ayırmasının da onun peşəkarlığına mənfi təsir etdiyi söylənilir.

Kıvanç bütün bu deyilənlərdən sonra maraqlı bir qərar verib. Belə ki, o, serialın mövsüm finalından sonra Londona gedəcək və 3 ay orada qalacaq. Aktyor həm istirahət edəcək, həm də özəl məktəblərin birində aktyorluq dərsi alacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa