Laçından möhtəşəm görüntülər - VİDEO

media-hightechnic-468x90

Sosial şəbəkələrdə yakların hərəkəti ilə bağlı videgörüntülər yayılıb.

Görüntülərin Laçının qarlı dağlarında lentə alındığı bildirilir.

Qeyd edək ki, Azərbaycanda ətlik istiqamət üzrə ixtisaslaşmış təsərrüfatın yaradılması üçün Qırğızıstandan 100 baş yak növlü iribuynuzlu heyvan gətirilib.

Proses pilot layihə çərçivəsində həyata keçirilib və sınaq məqsədi daşıyır.

Yaklar gətirilməzdən əvvəl qırğız ekspertlərin iştirakı ilə Kəlbəcər və Laçın rayonlarında monitorinqlər keçirilərək müvafiq ərazilər seçilib.

Dağlıq ərazilərdə soyuq iqlim şəraitində yaşamağa uyğunlaşmış heyvanlar Laçın rayonunda öncədən müəyyən edilmiş ərazidə yerləşdirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600