Maral Tahirqızı həbs olundu

media-hightechnic-468x90

88907Xətai Rayon Məhkəməsində Maral Tahirqızının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, mayın 18-də hakim İbrahim İbrahimlinin sədrlik etdiyi iclasda Maral Tahirqızına hökm oxunub. Hökmə əsasən, M. Tahirqızı Cinayət Məcəlləsinin 244.2.1-ci (təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə) maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıdan məhrum edilib. M. Tahirqızı məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600