!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Maral Tahirqızına elçi düşdülər: “Vəzifəli kişidir…”

!Reklam – Yazi

Tədbirlərin birində fotokameramıza poz verən müğənni Maral Tahirqızı ona elçi düşən kişilərdən danışıb.

Yeniçag.az-a açıqlama verən Maral onların arasında vəzifəli kişilərin də olduğunu bildirib:

“Orta məktəbdə oxuyandan bu günə qədər sevənlərim çox olub. Günü bu gün də mənimlə evlənmək istəyən kişilər az deyil. Çoxu vəzifəli, ziyalı kişilərdi… Amma özlərinə də demişəm, mənə üçgünlük-beşgünlük sevgi lazım deyil, ömürlük sevgi istəyirəm. Mən istəmirəm kiminsə məşuqəsi olum, ailə qurmaq istəyirəm. Amma bunu onlara nəzakətlə başa salıram, xətrlərinə dəymirəm. Ümumiyyətlə, insanları qırmağı xoşlamıram”.

Özünü gözəl qadın saymadığını deyən M. Tahirqızı sevilməsinin sirrini açıqlayıb:

“Deyə bilmərəm ki, gözəl qadınam, amma çirkin də deyiləm. Bir dəfə müəllimim Qəzənfər Abbasov dedi ki, Maral, demirəm çirkin qadınsan, amma səsində olan gözəllik heç kimdə yoxdur. Mənə gözəllik verən də elə səsimdir. Buna görə paxıllığımı çəkənlər də çoxdur. Ancaq mən heç kimə fikir vermirəm, başımı aşağı salıb, yaradıcılığımla məşğulam”.

Cəvahir

COP29

www.yenicag.az

6566
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv