!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mədinə Zalova: Qadınlar fərdi əşyalara daha çox can atırlar - MÜSAHİBƏ/VİDEO

!Reklam – Yazi

Mədinə Zalova peşəkar memar, dizayner, rəssam, şairə, bir çox hit mətnlərinin müəllifi, eyni zamanda, bənzərsiz və eksklüziv geyimlər istehsal edən “Designer MEEAMEE”nin yaradıcısıdır. Beş ildən çoxdur ki, bu istedadlı dizayner peşəkar geyim tərzi ilə məşğul olur və iddialı şəkildə karyerasını davam etdirərək, hər dəfə yeni kolleksiyası ilə tamaşaçını heyran edir.

Mədinə özünəməxsus əli işi ilə Azərbaycan modası sahəsində sənət yaradır. “Designer MEEAMEE” brendi eksklüziv əşyalar geyinməyi və bənzərsiz olmağa önəm verən özünəməxsus üsluba sahib qızlar üçün yaradılıb, çünki bu markanın geyimlərinin əsas hissəsi xüsusi olaraq bir ədəd buraxılır.

Oxu.Az-a verdiyi müsahibədə Mədinə azərbaycanlı dizaynerlərin gələcəyi, ilham mənbələri, qeyri-kütləvi dizayn, geyim trendləri və sair barədə fikirlərini bölüşüb.

– Mədinə, təxminən beş ilə yaxındır ki, geyim dizaynı ilə məşğul olursunuz. Bu müddət ərzində Azərbaycanda dizayner geyimlərinə tələbat nə qədər artıb?

– Bu gün insanlar, xüsusən də qadınlar yüksək keyfiyyətli paltar, fərdi əşyalar geyinməyə daha çox can atırlar, buna görə də Azərbaycanda modelyerlərin işinə tələbat çox yüksəkdir və əminliklə bu tələbatın daha da artacağını demək olar.

– Yaratdığınız ilk geyimi xatırlayırsınız? O necə idi?

– Əlbəttə, xatırlayıram. Onda məktəbdə oxuyurdum. Əvvəlcə bir paltar şəkli çəkdim, sonra anam bunu reallığa çevirməyə kömək etdi. İlk geyimimi yaratdıqdan sonra sadəcə bu xəstəliyə tutuldum. Daim fərqli geyimlər çəkirdim, anam isə onları mənim üçün tikirdi.

– Hər il Azərbaycanda daha çox geyim dizaynerləri üzə çıxır. Bizim bazarda rəqabət hiss edirsiniz?

– Bir çox dizaynerlə dostam, rəqabət hissim yoxdur. Başqalarının uğurlarından zövq almağı bacarmaq lazımdır. Rəqabət hissi mənim üçün həsəd aparmaq kimidir. Bu isə mənə tanış hiss deyil. Səmimi qəlbdən şadam ki, çox istedadlı dizaynerlər var. Və hər kəsin öz tərzi və fərqli şeyləri var. Amma mənim tez-tez geyindiyim, ən çox sevdiyim Azərbaycan markası “Scandar”dır.

– Bu gün geyimdə əsas trend nələrdir?

– Ayrı-ayrılıqda və ya kostyumla, çılpaq bədənə və ya köynək üzərində geyilə bilən kişi jiletləri dəbə minib. Məşhur rus modeli Zarina Abdurəşidova ilə çəkdiyimiz kolleksiyamıza baxa bilərsiniz.

Gen şalvarlar – nisbətlərin üzərində dəyişiklik etməklə istənilən boyda qızlar üçün uyğundur.

Kişi üslubunda bombardmançı – idman geyim tərzinə uyğundur və don və ətəklə maraqlı görünür.

V şəkilli dekolte – vizual olaraq boyunu və silueti uzadır.

– Bildiyimə görə, siz yalnız azərbaycanlı dəbsevərləri geyindirmirsiniz, eyni zamanda, “Designer MEEAMEE” markalı geyimləri Türkiyə və Rusiyada da əldə etmək olar, başqa ölkələrin bazarına girmək planlarınız varmı?

– Bəli, markamızın məhsullarının təkcə Azərbaycanda deyil, eyni zamanda, İngiltərə, Ərəb Əmirliyi və Ukraynada da daimi müştəriləri var. Ümumiyyətlə, qeyd edim ki, dünya səviyyəsində çatdırılma həyata keçiririk.

– Dünyanın bir çox məşhur dizaynerləri ilə dostluq edirsiniz. Ortaq əməkdaşlıq planlarınız varmı?

– Hələlik belə planlarım yoxdur. Tez-tez populyarlıq qazanmaq üçün çox məşhur dizaynerlərlə əməkdaşlıq tələb olunur. Ancaq mən özüm bir marka kimi böyümək və hər şeyə öz gücümlə nail olmaq istəyirəm. Çox işləyirəm və bu, mənim xoşuma gəlir.

– Üslubuna və gözəlliyinə heyran olunan dizaynerlərdən birisiniz, öz gözəllik sirriniz varmı?

– Çox sağ olun. Dürüst etiraf edirəm, xüsusi sirlərim yoxdur, vaxt tapan kimi hər şeyi məmuniyyətlə sosial şəbəkələrdə abunəçilərimlə paylaşıram.

– Bir dizaynerin iş qadını olması çətindirmi?

– Mən təbiətcə yaradıcı insanam, buna görə markamın bir hissəsi olan hesablama və bizneslə məşğul olmaq çətindir. Şükürlər olsun ki, maliyyə məsələləri ilə məşğul olmuram. Ancaq tez-tez müəyyən bir şey üçün ayrılan icazə həddini aşıram, çünki keyfiyyətə qənaət edib daha çox qazanmaqdansa, özümə zərər vurmaq hesabına da olsa, yaxşı bir şey yaratmaq istəyirəm, çünki işimi və markamı, həqiqətən, sevirəm.

– Hər qadının qarderobunda hansı klassik əşyalar olmalıdır?

– Hələ də bədən quruluşuna uyğun paltarın qadın üçün ən uyğun imic olduğuna inanıram. Konturlu siluet həmişə cazibədar və diqqətçəkici görünür. Kombinezonların olması da vacibdir – bu daha müasir seçimdir, qadına daha çox azadlıq verir.

– Kolleksiyanızda sizin üçün ən əhəmiyyətli olan bir əşyanın adını çəkin.

– Gödəkçə. Bu, mənim qarderobumda olan üçün unikal geyimdir! O, çox vaxt unudulur və ona yalnız ofis geyimi kimi yanaşılır. Onu çiyinlərinizə ataraq hər hansı bir paltar dəstini dəyişdirə və ya tamamlaya bilərsiniz. Ancaq satın almaq, yenisini yaratmaq üçün mütləq ən yüksək keyfiyyətli parçalara üstünlük verirəm. Mükəmməl uyğunluq xüsusilə çiyinlərdə vacibdir.

– Növbəti kolleksiya üçün planlarınız varmı? Önümüzdəki mövsümdə müştərilərinizi nə ilə sevindirəcəksiniz?

– Özümə söz vermişəm ki, gələcək planlar barədə danışmayım, çünki bu zaman artıq maraqlı alınmır. Sizə bir az sirr açım, növbəti kolleksiyada qadınlarımızın bədən quruluşlarının gözəlliyini vurğulayan geyimlər olacaq.

– Bir geyim dizayneri nəyi bilməlidir?

– Uğurlu geyim dizayneri olmaq üçün əla zövqə sahib olmalı, mütləq cəmiyyətin əhval-ruhiyyəsini hiss etməli və paltar yaratmağın bütün mərhələlərini bilməlisiniz.

Meeamee.com rəsmi saytında və ya @meeabran “Instagram” səhifəsində “Designer MEEAMEE” brendinin məhsulları ilə tanış ola bilərsiniz.

COP29

www.yenicag.az

9989
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv