“Mənim canım getdi, artıq xına yaxın”
Yenicag.az xəbər verir ki, Türkiyənin məşhur aktyoru Zeki Alasyanın ölüm xəbərindən sonra canlı yayıma çıxan və göz yaşları içində danışan Metin Akpınar, “Mənim canım getdi. Mənim yarım getdi. Artıq xına yaxın.” deyib.
Türk filmlərinin və teatrının əhəmiyyətli adlarından biri olan Zeki Alasyanın ölüm xəbəri Türkiyəni yasa boğarkən bütün diqqət, onun ən yaxın dostu və tərəf müqabili olan Mətin Akpınara yönəldi.
Metin Akpınar “CNN Türk”ün canlı yayımına qatılaraq gözyaşları içində, “Zeki Alasya mənim yarım idi. Mənim canım getdi. Qaraciyəri iflas etdi. Həkimlər çox çalışdılar amma onun həyatını xilas etmək mümkün olmadı. Son 15 gün vəziyyəti çox pis idi. Son günlərində onun yanında olduq, sevdiyi yemək var idi, hazırlayıb ona apardım. Öldü, getdi xına yaxın artıq “dedi.