Məşhur aktrisadan bəd xəbər-Video
Türkiyənin məşhur aktrisası Gizem Karaca əməliyyat olunacaq.
“Güzel Köylü” teleserialının başrolunda oynayan məşhur türk aktrisası Gizem Karaca 3 ay əvvəl idmanla məşğul olan zaman ciddi zədələndiyi və bu səbəbdən də rol aldığı teleserialın sezon çəkilişlərindən sonra əməliyyat masasına oturacağı bildirilir.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa hətta film çəkilişlərinə belə qoltuqaltı dəyənəklə gedir və olduqca ağır günlər keçirir.
O da bildirirlir ki, Gizem Karaca səhhəti üzündən “Satqın Bizans 2” filmində rol ala bilməyəcək.