Türkiyənin tanınmış aktyoru Burak Özçivit pərəstişkarlarını şad xəbərlə sevindirib.
Yenicag.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kara Sevda” serialında baş rolda olan yaraşıqlı aktyor serial finala yaxınlaşdığı üçün yeni layihələr üçün hərəkətə keçib. Onun sözlərinə görə, tezliklə “Kardeşim benim” filminin ikincisi çəkiləcək. Aktyor birinci filmdə olduğu kimi yenə məşhur müğənni Murat Boz ilə kamera arxasına keçəcək.
Qeyd edək ki, Murat Boz bu yaxınlarda aktrisa sevgilisi Aslı Ənvərdən ayrılması ilə gündəmə gəlib. Daha əvvəl isə cütlük “Kardeşim benim” filminə birgə çəkilmişdi.
Yenicag.Az
www.yenicag.az