!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur cütlüyün oğlu ilk dəfə - FOTOLAR

!Reklam – Yazi

Tanınmış jurnalist və aparıcı İhamiyyə Rzayeva tədbirlərin birinə oğlu İbrahimlə qatılıb.

Yenicag.az-ın suallarını cavablandıran İ.Rzayeva oğlundan danışıb: “İbrahimin 12 yaşı var. Atası ona əmisinin adını qoyub. Çox pozitiv, istedadlı uşaqdır. Futbola böyük maraq göstərir. Bütün sirlərini mənimlə bölüşür. 12 yaşı olsa da, geyimlərimə müdaxilə edir, hansı paltarın mənə yaraşıb-yaraşmadığını deyir”.

İ.Rzayeva gələcəkdə övladının şəxsi həyatına və peşə seçiminə müdaxilə etməyəcəklərini bildirib: “İbrahimin evlillik və peşə seçiminə qarışmayacağıq, əksinə, ona bu işdə dəstək olacağıq”.

Qeyd edək ki, İbrahim tanınmış yazıçı, şair, aparıcı Həmid Herisçi və İlhamiyyə Rzayevanın yeganə övladıdır.

Cəvahir

COP29

www.yenicag.az

11429
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv