Tanınmış müğənni Qədir Məmmədovu toy bazarından uzaqlaşdırmaq istəyiblər.
Yenicag.az xəbər verir ki, müğənni Nazənin sənət dostuna qarşı olunan pislikdən danışıb:
“Mənə deyirlər ki, biz toyumuza Qədir Məmmədovu istəyirik, amma, o toylara getmir. Zəng etdim özünə də dedim”.
Q.Məmmədov çörəyinə bais olan insanların Allah qarşısında böyük günah işlədiyini deyib:
“Günahların dərəcələri var. Çörəyə bais olmaq çox pisdir. O insanlar Allahdan qorxmur. Allahdan qorxan insan çörəyə bais olmaz”.
Xəzər TV-nin “Hər şey daxil” verilişindən olan görüntüləri təqdim edirik.
Nehru
www.yenicag.az