Məşhur reper həbs olundu

media-hightechnic-468x90

Məşhur “Beautiful Girls” mahnısının ifaçısı, amerikalı reper Şon Kinqston 1 milyon dollarlıq dələduzluq işi üzrə təqsirli bilinərək 3 il 6 ay müddətinə həbs edilib.

Yenicag.az xəbər verir ki, o, anası ilə birlikdə elektron vasitələrlə həyata keçirilən dələduzluq əməliyyatında ittiham olunub.

İstintaq müəyyən edib ki, onlar bahalı əşyaları – o cümlədən lüks saatlar, 232 düymlük LED televizor, gülləkeçirməz “Cadillac Escalade” avtomobili və mebelləri qanunsuz yolla əldə ediblər. Ümumi ziyanın 1 milyon ABŞ dollarından çox olduğu bildirilir.

Reperə hökm elan edilməzdən əvvəl məhkəmədən üzr istəyib və etdiyi hərəkətlərdən dərs aldığını bildirib.

Qeyd edək ki, onun anası Cenis Törner bu ilin iyul ayında 5 il müddətinə azadlıqdan məhrum edilib./Axşam.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa