Məşhurların ölümdən qabaqkı fotoları

media-hightechnic-468x90

iiiiiiiiiiiiMavi ekran arxasından izlədiyimiz və pərəstiş etdiyimiz insanlar da bir gün həyatdan köçür. Onlardan bəziləri qətlə yetirilir, kimi narkotik maddələrdən ölür, kimi xəstəlikdən, kimi də öz əcəlindən.

media-banner_tuq

Məşhur insanlar sonuncu şəkillərini çəkdirərkən bunun sonuncu olacağından şübhələnməyiblər də.

Tanınmış insanların ölümdən qabaqkı fotolarını təqdim edir:

Freddi Merkuri 1991-ci ildə QİÇS xəstəliyi nəticəsində yoluxduğu bronxial pnevmoniyadan ölməzdən əvvəl çəkdirdiyi foto.
Adolf Hitlerin ölümünə 2 gün qalmış çəkilən foto. O, Berlin bunkeri yaxınlığında dayanıb, bombardman nəticəsində dəyən ziyanı qiymətlənləndirir.
Albert Eynşteyn 1955-ci ildə Prinstondakı evində poza verərkən. Fotonun çəkilməsindən bir ay sonra o, aorta divarının anevrizmasından vəfat edib.
Emi Uaynhaus ölümündən 1 həftə əvvəl. 2011-ci il, 23 iyul. O, Şimali Londonda yerləşən evində ölü tapılıb.
Ölümündən sonra “Oskar” mükafatına layiq görülən Hit Ledcer. O, dozadan artıq narkotik-ağrıkəsici qəbul etməsi nəticəsində dünyasını dəyişib.
Con Lennon. Qatili Mark Devid Çepmen onu qətlə yetirməzdən əvvəl müğənnidən avtoqraf istəyib.
Anna Frank fotoda bacısı Marqo ilə dayanıb. Şəkil 1942-ci ilin ortalarına təsadüf edir.
Elvis Preslinin sonuncu fotosu. Presli 1977-ci ildə stomatoloqun qəbulundan çıxandan sonra çəkilib.
Cimi Hendriks ölümündən bir gün əvvəl sevimli aləti ilə birlikdə.
Kurt Kobeyn, 1994-cü il.
Merlin Monro 1962-ci ildə dostları ilə çəkdirdiyi foto.
Şahzadə Diana avtomobilin arxa oturacağında əyləşərək paparasilərə baxır. Şəklin çəkilməsindən bir neçə saniyə sonra onun avtomobili qəzaya düşüb.
Tupak Şakur 13 sentyabr 1996-cı ildə avtomobildə güllələnib. Qətldən bir neçə dəqiqə əvvəl onun fotosu çəkilib.
Con Kennedi həyat yoldaşı və Texas ştatının qubernatoru ilə Dallas şəhərində avtomobildə gedərkən.
“Çellencer” şatlın ekipajları. 28 yanvar 1986-cı il.
Maykl Cekson ölümündən 2 gün əvvəl Los-Anceles şəhərində konsertə hazırlaşarkən. Foto 2009-cu il, iyunun 23-də çəkilib.
Bənazir Bhutto 2007-ci il dekabrın 27-də başını avtomobildən çıxararaq mitinqdə iştirak edənləri salamlayır. Şəklin çəkilməsindən bir neçə saniyə sonra o, qətlə yetirilib.
Stiv Cobs 2011-ci il, oktyabrın 5-də vəfat edib. Foto 2011-ci il, avqustun 26-da çəkilib.
Lenin ölümünə yaxın iflic olub. Bundan sonra onun dili tutulub.
Marqaret Tetçer 2012-ci ildə parkda skamyada oturarkən.
Uitni Hyuston. Şəkil 2012-ci il fevralın 9-dan 10-a keçən gecə çəkilib. Bir gün sonra o, Beverli-Hillzdəki mehmanxanada ölü tapılıb.
Aktyor Pol Uoker ölümündən 20 dəqiqə əvvəl. Şəkildən də aydın görünür ki, o, avtomobilin sərnişin oturacağında əyləşir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05