Məşhurların uşaqlıq arzusu

media-hightechnic-468x90

kokoHər bir insanın uşaqlıqda yiyələnmək istədiyi bir peşə olub. Böyüdükcə bu fikir ya dəyişir, ya da elə istədiyimiz peşəyə yiyələnirik.
Bəs görəsən, müğənnilər uşaqlıqda kim olmaq istəyiblər?

Sənət aləminin tanınmış nümayəndələrinin uşaqlıq arzusunu öyrənib:

Xalq artisti Aybəniz Haşımova – Uşaqlıqda hüquqşünas olmaq istəyirdim. O vaxt hökumət istedadlı uşaqları himayəsinə götürür, müxtəlif sahələr üzrə hazırlayırdı. Səsim yaxşı olduğuna görə, məni Konservatoriyaya hazırlayırdılar. Elə buna görə də sənədlərimi hüqüqşünaslığa təqdim etməyə dövlət icazə vermədi.

Aktyor Coşqun Rəhimov – Uşaqlıqda rəssam olmağı arzulayırdım. Ümumiyyətlə, mən incəsənətin bütün növlərini öyrənmək istəyirdim. Ancaq sonralar aktyorluğa olan marağım, digər istəklərimi üstələdi.

Müğənni Xuraman Şuşalı – Balacalıqda həmişə deyirdim: mən ya müğənni, ya da hüquqşünas olacam. Atam isə hər iki peşəni heç sevmirdi. İstəyirdi ki, həkim olum. Mən isə həkimlikdən qorxurdum. Ancaq sonra atamı yola gətirib, müğənni oldum.

Şoumen Murad Dadaşov – Silahı çox sevirdim. Eşitmişdim ki, hərbçilərə, MTN-də işləyənlərə silah verirlər. Buna görə də hərbçi olmaq istəyirdim. Həm də hamının məni tanımasını arzulayırdım. Sonradan öyrəndim ki, sən demə, MTN işçiləri gizli qalır, onları heç kim tanımamalıdır. Məşhur olmaq sevdası məni aktyor olmağa məcbur etdi.

Əməkdar artist Lalə Məmmədova – Uşaq vaxtı ya arxeoloq, ya da astroloq olmaq istəyirdim. Ancaq atam icazə vermədi. Mən də ailəmin istəyilə ingilis dili müəlliməsi oldum.

Müğənni Səidə Sultan – Ailəmizin tanıdığı bir həkim vardı. Adı Səidəydi. Ailəmdə o həkimi çox sevdikləri üçün adımı Səidə qoydu və böyüyəndə həkim olmağımı istəyirdilər. Uşaq vaxtı o xanıma həsəd aparırdım, onun kimi həkim olmaq istəyirdim. Hamıya deyirdim ki, mənə «doktor Səidə» deyin. Ancaq böyüyəndə həkimliyin çətin bir peşə olduğunu anladım. Səsim yaxşı idi deyə, müğənniliyi seçdim.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600