Məşhurların utandığı anlar
“Star life” verilişi məşhurlar arasında sorğu apararaq, başlarına gələn utandırıcı halları soruşub.
Tanınmışların cavablarını təqdim edirik:
Ramal İsrafilov – Başıma belə bir hadisə gəlməyib. Amma haradasa yıxılsam da, utanmaram. Ayağa durub, oynamağa başlayaram.
Günay İbrahimli – Bir dəfə səhnəyə çıxanda paltarım cırıldı. Sapla tikdilər, tez səhnəyə qalxdım. Amma utanırdım, istədiyim kimi hərəkət edə bilmirdim ki, libasım söküləcək.
Aysel Əlizadə – Bir dəfə restorana daxil oldum. İçəri o qədər özündən razı halda girdim k: heç kimi saymıram, salam vermirəm. Qəfildən yıxıldım. Bir nəfər də mənə yaxınlaşıb, ayağa durmağıma kömək etmədi, çox sakit dayanmışdılar. Ayağa qalxdım, yenə özümdən razı halda başqa yerə keçdim. Eşitdim ki, hamı arxamca gülür.
Yaşar Yusub – Həyatımda heç vaxt utanacağım hərəkətim olmayıb. Həmişə çalışmışam ki, düz hərəkət edim.
Emil Bədəlov – Səhnədə oxuduğum yerdə fonoqramım kəsilib. Bu cür hal məni həmişə utandırıb. Ümumiyyətlə, mahnını ifa etdiyim zaman mikrofonun xarab olmasına, kəsilməsinə utanıram.
Elçin Cəfərov – Utandığım hərəkət olmayıb. Nə vaxtsa olsa da, normal qarşılayaram.
Mirkamil Kamilov – İndi yadıma gəlmir. Amma bu cür hallar hamıda olur. Hətta utanc təri də tökmüşəm.
Sevinc Ağaşirinova – Hərdən yol gedəndə ayağın büdrəyir, yıxılmış kimi olursan – belə halda, bir də səhnədə fonoqram kəsiləndə çox utanıram.