Mətanət İsgəndərli: ”İstedadımı satmasaydım, bunu necə edərdim?”
“Əgər sənin maddiyyatın olmasa, paltarı, mahnını necə ala bilərsən?”
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “Gün ortası” verilişində qonaq olarkən deyib.
Sənətçi aparıcının “Özünüzü şouda görürsünüzmü?” sualına cavab verərək, sənətin maddi tərəflərinin vacibliyini vurğulayıb:
“Şou o deməkdir ki, sən istedadını göstərirsən. Mən də şounun içindəyəm. Şou belədir ki, sən öz istedadını satırsan. Əgər sənin maddiyyatın olmasa, paltarı, mahnını necə ala bilərsən? Aranjimanları nəylə etdirərsən? Maddiyyat olmasaydı, o konsertləri necə edərdik? Mahnıları necə yazdırardıq, nəylə klip çəkdirərdik? Biz əgər öz istedadımızı satmasaydıq, bu yerə necə gəlib çıxardıq?”
Nehru













