Millət vəkilindən ETİRAZ: "Qiymət siyasəti başlı-başına buraxılıb"

media-hightechnic-468x90

“Azərbaycanda kifayət qədər qiymət artımı var. Gürcüstanda qiymət artımı ilə bağlı tavan qiyməti qoyurlar, yəni bu qiymətdən yuxarı sata bilməzlər”.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Vahid Əhmədov bildirib.

“Qiymət siyasətində problemi həll etməsək, nə qədər pensiyanı, əməkhaqqını qaldırsaq da, xeyri olmayacaq. Təklif edirəm ki, İqtisadiyyat Nazirliyi ilə qiymət siyasəti ilə bağlı görüş keçirək. Azərbaycanda qiymət siyasəti başlı-başına buraxılıb. Yox, əgər nəzarət olunursa, niyə qiymətlər bu həddədir?!” – deyə Vahid Əhmədov bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600