Müğənnilər toydan qazanır, bəs AKTYORLAR? – "Qonorar ayın sonuna güclə çatır"

media-hightechnic-468x90

“Aktyor və aktrisaların film, seriallardan qazandıqları qonorarlar ayın sonuna qədər güclə çatır”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında aktrisa Aydan Ağazadə deyib.

Aktrisa “Müğənnilərin əsas qazancı toylardan çıxır, bəs aktyorların gəlir yeri haradır?” sualına cavab verərkən sənət adamlarının maddi durumunu müqayisə edib:

“Bizim müğənnilərin əsas qazancı toylardan gəlir. Əgər bu gün toy məclisləri ləğv edilsə, müğənnilərin vəziyyəti ciddi şəkildə pisləşər. Onlar xarici həmkarları kimi dünya turlarına çıxmırlar, geniş konsert proqramları ilə çıxış etmirlər, ona görə də gəlirləri əsasən toylardan asılıdır. Məhz buna görə də hər bir ifaçı toylara uyğun mahnılar yazdırmağa çalışır. Toya getməyən müğənnilərin gəliri isə kifayət qədər qənaətbəxş deyil.

Aktyor və aktrisaların vəziyyəti isə ümumiyyətlə, yaxşı deyil. Filmlərdən və seriallardan qazandıqları qonorarlar, bir qayda olaraq, yüksək olmur və ayın sonuna qədər güclə çatır. Teatr maaşları da aşağıdır; hər il müəyyən artımlar olsa da, bu, onların rahat yaşamasına yetmir. Bu səbəbdən bir çox sənətçi normal həyat şəraitini təmin etmək üçün əlavə bizneslə və ya başqa işlərlə məşğul olur”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05