Müğənninin ailəsində faciə
Tanınmış müğənni Eldar Ələkbərovun ailəsində ağır itki olub.
2 gün əvvəl Qazaxdan Bakı istiqamətində hərəkət edən “Ford” markalı minik avtomobili “Shacman” markalı yük avtomobilinə arxadan çırpılıb.
Hadisə zamanı 7 nəfər ağır yaralanıb, 4 nəfər isə dünyasını dəyişib. Yaralılar Eldar Ələkbərovun bacısı uşaqları və onların həyat yoldaşları, ölənlər isə müğənninin bacısı nəvələri olub.