!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NASA 15 illik Mars zondu ilə vidalaşdı

!Reklam – Yazi

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) 15 il əvvəl kosmosa buraxdığı və Mars planetində tədqiqat aparan “Opportunity” zondu ilə vidalaşıb.

Yenicag.az NASA-nın saytına istinadla xəbər verir ki, son günlər kosmik zondla min dəfədən çox əlaqə yaratmaq cəhdi göstərən agentliyin mütəxəssisləri buna nail ola bilməyiblər. Agentliyin Marsın Tədqiqi Zondları Laboratoriyasının meneceri Con Kallas bildirib ki, laboratoriyada zondun fəaliyyətinin bərpası üzrə aparılan işlər də nəticə verməyib. “Opportunity” Marsın qırımızı səthində çökəklikləri, dağları və kraterləri kəşf edib, Yerə çoxlu sayda fenomenal şəkililər göndərib, bu planetin tədqiqinə misilsiz töhfələr verib. Ümumilikdə, kosmik zond NASA-ya 217 min fotoşəkil göndərib. Lakin 9 ay öncə onun altı təkəri olan yürüş mexanizmi Marsın toz qatının təsiri nəticəsində sıradan çıxıb. Toz fırtınası başlayandan – iyunun 10-dan sonra “Opportunity” ilə əlaqə tamamilə kəsilib. NASA-nın mütəxəssisləri kosmik zondla rabitəni bərpa etməyə çalışsalar da, toz dumanı onun Günəş panellərinə yenidən enerji ilə yüklənməsini əngəlləyib. Zondun fəaliyyəti isə bu panellərin Günəşdən aldığı enerjinin sayəsində davam edirdi”, deyə Kallas vəziyyəti izah edib.

“Opportunity” 2004-cü ilin yanvarında kosmosa buraxılıb və yeddi ay davam edən uçuşdan sonra Marsın “Meridiani Planum” adlanan ərazisinə çatan iki zonddan biri olub. Digər kosmik aparat – “Spirit” zondu isə qırmızı planetdə 6 il tədqiqat aparıb və yumşaq toz səthinə bataraq fəaliyyətini dayandırıb. Bu baxımdan, planetin səthində 45,16 kilometr məsafə qət edən “Opportunity” zondu unikal aparat hesab olunur.

Kosmik zondla bağlı bəyanat verən NASA-nın direktoru Cim Braydenstayn deyib: “Opportunity” kimi kosmik missiyaların uğurları günlərin birində bizim cəsarətli astronavtlarımızın Marsın səthinə enəcəyi günü yaxınlaşdırır. Həmin gün gəldiyində isə, Marsa ilk ayaq basan qadın və kişi kosmonavtlar bu planetin kəşfinə böyük töhfə vermiş kosmik zondun cığırlarını görəcəklər”.

COP29

www.yenicag.az

4664
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv