“Ölkədə İranın nəzarətində olan yüzlərcə şəxs var”
İran-Qərb danışıqlarının nəticəsini nəticəsi necə olacaq? Bu məqamda İsrailin hansı addımlar atacağı gözlənilir?
“İran Yəməndə baş verən hadisələrlə bir daha sübut etdi ki, o güvənilir tərəfdaş olmayıb və heç zaman da olmayacaq”-bu sözləri Yenicag.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov deyib.
“İranda Dini hakimiyyət dəyişməyəcəyi təqdirdə hər hansı irəliləyiş gözləmək sadəcə olaraq sadəlövhlük olardı. Bəlkə də müəyyən zaman üçün kiçik dəyişikliklər və ya hər hansısa siyasi gedişlər etsin İran. Lakin bu uzunmüddətli olmayacaq. İran hazırda Yaxın Şərqdə möhkəmlənmək siyasəti yürüdür və digər müsəlman dövlətlərin suverenliyinə təhdid yaradır. Yəməndə baş verən hadisələr sübut etdi ki, İran istənilən an terrora dəstək verən və həmin terroru bəsləyən gələcək ücün hazırlayan bir ölkədir. Amerika və Avropa İranla bağlı siyasətləri konkretdir və bu siyasət heç zaman dəyişməyəcək. İsrail isə Yəmən hadisəsindən sonra BMT-yə təzyiq edəcək ki, İranla bağlı əlavə siyasi gediş formalaşdırsın. Çünki Yəməndə açıq şəkildə İran izi sübut olundu. İsrail heç zaman izn verməz ki, İran Yaxın Şərqdə ona bir addım daha yaxın olsun. Bunun üçün o bütün zəruri addımları atacaq. Yəmən hadisələri Azərbaycan üçün də mesajdir. Ölkədə İranın nəzarətində olan yüzlərcə şəxs var və həmin şəxslər bu və ya digər formada hansısa gruplaşmaya aid olan şəxslərdir. Azərbaycan Cənub sərhədlərinin nəzarətini gücləndirməli ölkədə olan dini radikal qruplaşmaları daha dar çərçivədə nəzarətə almalıdır”-deyə Fərrux Məmmədov sözlərinə əlavə edib.
Kamran