Türkiyənin tanınmış simaları sosial şəbəkədə “Günəşli” yatağında baş verən qəza ilə bağlı paylaşımlar ediblər.
Axşam.az-ın məlumatına görə, onlar Azərbaycan xalqına başsağlığı diləyiblər:
Keçmiş futbolçu Hakan Şükür:
“Başımız sağ olsun”.
Aparıcı Öykü Serter:
“Məkanları cənnət olsun. Can Azərbaycan. İşığı sönənlərə rəhmət diləyirik”.
Modelyer İvana Sərt:
“Çox pis olduq. Başınız sağ olsun Azərbaycan”.
Modelyer Hakan Akkaya:
“Başın sağ olsun Azərbaycan”.
Model Ebru Şallı:
“Təəssüf ki, yenə də üzücü bir xəbərlə günə başladıq. Çox pis olduq. Ailələrinə səbr diləyirik. Həyatını itirən mələklərə isə Allahdan rəhmət diləyirik”.
Müğənni Ebru Gündeş:
“Başın sağ olsun Azərbaycan. Səbir diləyirəm”.
Aparıcı Burcu Esmersoy:
“Başınız sağ olsun can dostlarımız. Allah rəhmət eləsin. Geridə qalanlara isə səbr diləyirəm”.
Türkiyəli müğənni Petek Dinçöz, Hadisə, qardaş ölkədə yaşayan həmyerlimiz Ezo da qəza ilə bağlı fotolar paylaşıb.
www.yenicag.az