Oxumağa dəyər kitab
Vəlizadə Fəxrəddinin “Birinci Şıxlı” kitabı Fəxrəddin müəllimin gənclik illərindən onun ürəyində olan bir arzusu olmuşdu. O, öz doğma kəndinin ibtidai icma quruluşundan 2013-cü ilə qədər olan tarixi dövrünü real faktlara, söhbətlərə, maddi-mədəniyyət nümunələrinə, tarixi əsərlərə, faktlara əsalanaraq yazmışdı.
Heç də təsadüfü deyildir ki, müəllif kitabı belə adlandırır “Gördüklərim, eşitdiklərim, bildiklərim, oxuduqlarım” adlandırır. Kitabda Birinci Şıxlı kəndinin demək olar bütün sahələri əks olunmuşdur. Şıxlı kəndinin yaranması ,Şıxlinskilərin şəccarələri, məşhur XVIII əsr Azərbaycan şairi M.V.Vidadi, onun şəcərəsi, Şıxlıda din, maarif, səhiyyə XIII-XIX əsr, AXC dövrü, Sovet hakimiyyəti dövrü öz əksinin tapmışdı.
Kəndin milli adət-ənənlər, Şıxlının tarixi şəxsiyyətləri, Şıxlıda olan tayfalar, quruculuq işləri və başqa sahələr öz əksini tapmışdı. Bu səbəbdən də kitabı ensiklopedik bir əsər adlandırmaq olar. Kitab “Nəsihatnamə” ilə bitir.
Kitabı Sumqayıt, Bakı və Qazax kitab mağazalarından alıb oxuya bilərsiz. Oxumağa dəyər.
Araz Vəliyev