!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özbəkistanda Azərbaycan milli geyimləri nümayiş etdirildi - FOTO

!Reklam – Yazi

Özbəkistanın Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində vilayətin mərkəzi Urgənc şəhərindəki Dövlət Dram Teatrının foyesində “Əbədi dostluğumuz” adlı sərgi, habelə Azərbaycan milli geyimləri nümayiş etdirilib.

Yenicag.az xəbər verir ki, mərasimdə Xarəzm vilayətinin hakimi Fərxad Ermanov, Azərbaycan nümayəndə heyəti, Azərbaycanın və Özbəkistanın alimləri, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.

Öncə iştirakçılar Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı “Əbədi dostluğumuz” adlı sərgiyə baxış keçiriblər.

Foyedə hazırlanan kitab sərgisində ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib.

Azərbaycanın mənzərələrini əks etdirən fotolar, milli musiqi alətləri, qədim əşyalar və suvenirlər də maraqla qarşılanıb.

Sonra Urgənc Dövlət Universitetinin tələbələri tərəfindən “Qarabağ şikəstəsi”nin sədası altında Azərbaycanın milli libasları, Azərbaycanın Qarabağ bölgəsinə aid milli qadın və kişi geyimləri nümayiş olunub. Milli libaslar nümayiş etdirildikcə hər bir libas haqqında tamaşaçılara məlumat verilib. Azərbaycan və Özbəkistan bayraqları ilə iştirakçılar tarixi Azərbaycan geyimləri, onların mənası, milli rəmzlərimizin geyimlərdə əks olunması, qadın və bəy geyimlərinin ümumi xarakteristikası haqqında məlumatlar verilib.

Sərgiyə iştirakçılar böyük diqqət və maraq göstərib, tədbiri yerli telekanallar, mətbuat nümayəndələri geniş işıqlandırılıb.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər./Azadinform/

www.yenicag.az

2573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv