“Özünün xilası naminə milyardlar belə xərcləməyə hazıdır”
İctimai Araşdırmalar Mərkəzinin rəhbəri, məşhur politoloq İlqar Altay facebook səhifəsində Putinin Türkiyə səfəri ilə bağlı maraqlı status paylaşıb. Həmin statusu oxuculara təqdim edir:
“Putin bu saat vurnuxur. Ukrayna qələbəsizliyi, bütün dünyadan təcrid olunması və amansız iqtisadi böhran onu ən qorxduğu duruma – öz ölkəsindəki nüfuz itkisinə, rus qəzəbinə, siyasi böhrana doğru sürükləyir. Bilir ki, tarixdə bütün rus padşahlarını heç kim yox, öz qəzəbli rus xalqı yıxıb.
Ona bu saat heç olmazsa görüntü üçün müvəqəti də olsa, “tərəfdaş” şousu lazımdır ki, heç də təklənib atılmadığnı isbatlasın. Göstərsin ki, hələ də onu sayıb-seçən ölkələr var, onu xüsusi qarşılayan dövlət rəhbərləri var. Belə təsəlli xarakterli səhnələr üçün cənab Putin özünün xilası naminə hətta milyardlar belə xərcləməyə hazıdır.
Odur ki, Qərblə üz-göz olmuş “imperator” artıq Şərqin, Cənubun bəzi nüfuzlu ölkələrinə üz tutub. Az əvvəl Çində oldu. İndi isə Türkiyə…
Bu dəfə Ankara səfəri üçün görünür, Moskva daha çox maya buraxıb.Rusiya kanalları iddia edir ki, Türkiyədə hələ heç bir dövlət başçısı belə təm-təraqla qarşılanmayıb.
İnanılandır. Niyə də yox ki? Sayın cümhurbaşqanı Ərdoğan bəy ölkəsinin xeyrini bilən adamdır. Bir neçə milyard mənfəət, faydalı ticarət əməkdaşlığı, üstəlik neft-qaz vədləri xatirinə bir yaxşı qəbul görüşü təşkil etmək nədir ki?
Bəs Türkiyənin Qərb partnyorluğu həmrəyliyi? Narahat olmasınlar, o da düzələr. Zamanında Ərdoğan bəy üçün Putindən üz çevirmək çətin bir şey deyil. Cəmisi iki il öncə Bəşər Əsədə qardaş deyir, Suriya ərazisində birgə hərbi təlim keçirirdi…
Bəs yaxşı, bu görüşdə Qarabağ problemi məsələsi? Bu görüş, dedik axı, sadəcə şou üçün idi. Hansısa problemin həlli üçün yox”.