Aktrisa Pınar Altuğ keçmiş həyat yoldaşı ilə olan məhkəmə prosesini davam etdirən vəkilini işdən uzaqlaşdırdı. Məhkəməyə müraciət edən vəkil Altuğdan 110 000 lirə almağa haqq qazandı.
Pınar Altuğ keçmiş həyat yoldaşı Ümid Elçioğlu ilə olan boşanma prosesini sürdürən və Beykozdakı villadan pay almasına yardımçı olan vəkili Taner Düzyol ilə bir müddət sonra çalışmaqdan imtina edərək yeni bir vəkil ilə yoluna davam edib. Lakin vəkil alacağı hüquqi ödənişin ödənmədiyini söyləyərək aktrisanı məhkəməyə verib. Məhkəmə Altuğun keçmiş vəkilinə faizi ilə birlikdə 110 000 lirə ödəməsinə qərar verib.
(hürriyyet.com.tr)
www.yenicag.az