!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident Ilham Əliyev sərəncam verdi: Məhkəmə sisteminə yeni təyinatlar edildi

!Reklam – Yazi

Azərbaycanın bir sıra birinci instansiya məhkəmələrinə sədr təyinatları olub.

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin sədri, Natiq Mürsəl oğlu Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilib.

Sərəncamla aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrinin sədrləri təyin ediliblər:

Əliyev Zamiq Xudaverdi oğlu – Babək Rayon Məhkəməsinin sədri

Məmmədov Mehrab Fərmayıl oğlu – Culfa Rayon Məhkəməsinin sədri

Əhmədov Zülfüqar Əziz oğlu – Kəngərli Rayon Məhkəməsinin sədri

Haqverdiyev Tural Ziyat oğlu – Ordubad Rayon Məhkəməsinin sədri

Zülfüqarov Hüseyn Nadir oğlu – Sədərək Rayon Məhkəməsinin sədri

Əliyev Mehdi Ədalət oğlu – Şərur Rayon Məhkəməsinin sədri

Aşağıdakı şəxslər Bakı şəhərinin rayon məhkəmələrinin sədrləri təyin ediliblər:

Tağıyev Nazim Hüsü oğlu – Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri

Əliyev Kəramət Fətəli oğlu – Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri

Aşağıdakı şəxslər rayon (şəhər) məhkəmələrinin sədrləri təyin ediliblər:

Əliyev Rəfayil Əfraddin oğlu – Biləsuvar Rayon Məhkəməsinin sədri

Kazımov Marif Sabir oğlu – Gədəbəy Rayon Məhkəməsinin sədri

Əliyev Abbas Baba oğlu – Qəbələ Rayon Məhkəməsinin sədri

Süleymanov Kamran Şakir oğlu – Oğuz Rayon Məhkəməsinin sədri

Məmmədov Elbrus Hacıbala oğlu – Zaqatala Rayon Məhkəməsinin sədri

İmanova Gülsarə Kərimovna – Zəngilan Rayon Məhkəməsinin sədri

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

COP29

www.yenicag.az

3405
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv