“Qərb Çeçenistanda müharibəni alovlandıracaq“
Vəfa Quluzadə: ”Qərb Rusiyanın aqressiyası ilə barışmayacaq, milli azlıqlara dəstək verəcək”
“Prezidenti Vladimir Putin Krımda referendumu dəstəkləməklə Rusiya daxilindəki sosial və iqtisadi problemləri ört-basdır etmək istəyir”.
Bunu açıqlamasında politoloq Vəfa Quluzadə bildirib. Onun sözlərinə görə, bəli, ilk baxışdan Rusiya Ukraynada istədiyini həyata keçirə bilir. Lakin belə aqressiv yanaşma hansı fəsadları verəcək – bu tamam başqa bir mövzudur:
”İlkin görüntü belədir ki, Rusiya istədiyini həyata keçirir. Bu, Rusiya üçün hansı nəticəni yarada bilər? Birincisi, Krım ətrafındakı hadisələri başa düşmək üçün Rusiya daxilində gedən prosesləri bilmək, anlamaq lazımdır. Ötən əsrin sonlarında Sovetlər Birliyi dağılandan sonra Rusiya yeni bazar iqtisadiyyatına qədəm qoydu. İqtisadiyyatın inkişafında Rusiya uğursuzluğa düçar oldu. Hazırda Rusiyanın vəziyyəti acınacaqlıdır. Rusiya rublunun məzənnəsi düşüb, bahalaşma gedir. Rusiya geriyə -Sovetlər Birliyi dönəminə qayıdır. Əvvəla, Rusiya qələbə əhval-ruhiyyəsi yaratmaq istəyir. Qərbə meydan oxuyaraq Krımı işğal edir”.
Qərblə Rusiya arasında əlaqələrin bazar iqtisadiyyatı əsasında qurulmadığını qeyd edən Vəfa Quluzadə bildirib ki, Rusiya Avropa ölkələrinə bənzəmir, Amerika ilə müqayisəyə gəlincə isə, burada əlavə şərhə ehtiyac yoxdur.
aktual.az