Qızının geyimlərini satışa çıxardı-Foto
Britaniyalı dizayner Viktoriya Bekhem xeyriyyə məqsədilə 4 yaşlı qızı Harperin libaslarını satışa çıxarıb.
“Save the Children`s Fashion Saves Live sale” xeyriyyə hərracında Bekhemin Gucci, Stella McCartney, Chloe, Ralph Lauren, Marc Jacobs kimi markalardan olan 25 geyimi satılacaq.
Paltarların hər birinin qiyməti 500 funt-sterlinq təşkil edir. Viktoriya bu addımı ilə ehtiyacı olan uşaqlara yardım edəcəyini bildirib: “Ehtiyac içində yaşayan uşaqlara dəstək olmaqdan şadam. Hər birimiz onların həyatında mühüm rol oynamalıyıq, onlara xoşbəxt gələcək bəxş etməliyik”.