Almaniyada vəfat edən xalq artisti, məşhur diktor Rafiq Hüseynovun cənazəsi iki gün sonra Azərbaycana gətiriləcək.
Yenicag.az-a açıqlama verən xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova gözyaşları içində bunları dedi:
“Qızım atasının ölüm xəbərini bilmirdi. Neçə gün bu xəbəri ondan gizlətdim. Ancaq bu gün deyə bildim. Həyatımda bu dəhşətli mənzərəni heç vaxt unutmayacam. Ata-bala bir-birlərini hədsiz çox sevirdilər. Qızım şok keçirtdi”.
S.Hüseynova onu da bildirib ki, R. Hüseynov Almaniyaya aparılanda vəziyyəti kritik olub:
“Almaniyaya apardıq ki, onu xilas edək. Amma artıq gec idi. Həkimlər dedilər ki, ağciyəri bərpa etmək mümkün deyil. Son dəqiqələrində əli əlimdə, gözlərimə baxa-baxa getdi. Son sözünü də deyə bilmədi. Nigarançılığı məndən və qızından idi. Çox acıdır, kədərimi ifadə etməyə söz tapmıram”.
Cəvahir
www.yenicag.az