Rəhman Rəhmanovdan DOĞUM GÜNÜ ETİRAFI: "Buna görə çox xoşbəxtəm"

media-hightechnic-468x90

“Ömrümün bir yaşını da geridə qoydum. 69-la vidalaşıb, “70-ə xoş gəldin” deyirəm…”

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanov doğum günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Aktyor ilk hədiyyəsini teatrda sevimli kollektivindən alıb:

“Teatr, səhnə məni yaşadır, buna görə xoşbəxtəm. İlk təbrik teatrımızın direktoru Rəşad Əhmədzadədən gəldi. Dünən teatrda tamaşa oynadım; tamaşadan sonra sənət dostlarım məni hədiyyə və təbrik yağışına qərq etdilər. Sağ olsunlar, mənə yaşamaq üçün stimul verdilər. Daha bir hədiyyə isə xanımımdan gəldi. Böyük oğlum həm öz adımdan, həm də dünyasını dəyişən qardaşlarının əvəzindən gəlib məni təbrik etdi. İki oğlum bu dünyadan köçsələr də, daim ürəyimdədirlər”.

“Hər kəs kimi mənim də qəlbimdə arzularım çoxdur. Allahdan hər bir arzumun çin olmasını diləyirəm”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05