“Rəqsanə xanımın əhvalı əladır” – Vəkili həbsindən danışdı

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova həbs olunub. O, vətəndaşların 35 000 dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Bu səbəbdən müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yenicag.az  xəbər verir ki, Rəqsanə İsmayılovanın vəkili İlqar Rüstəmov məsələ ilə bağlı Teleqraf-ın suallarını cavablandırıb.

– Rəqsanə xanım Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham olunur? O, özünü təqsirli bilirmi?

– Rəqsanə xanım Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham olunur. Özünü təqsirli bilmir. Barəsində başqa ittiham yoxdur.

– İddia olunan dələduzluq hadisəsi nə zaman baş verib? Şikayətçilər kimlərdir?

– Mübahisə 2022-ci ildən davam edir. Bir nəfər şikayətçi var. Cinayət işinin konfidensiallığı səbəbindən şikayətçinin adını açıqlamamız doğru deyil. Bu, istintaq sirridir. Vətəndaşın şikayəti üzrə araşdırma aparılır.

– Rəqsanə xanım ifadə verib?

– Bəli, ifadə verib və özünü təqsirli bilmədiyini söyləyib.

– Mübahisənin predmeti nədir?

– Pul məsələsidir. Vətəndaş iddia edir ki, ondan pul alınıb və geri qaytarılmayıb.

Rəqsanə xanım pulu nə adla alıb? Vətəndaş deyir ki, pulu nə üçün verib?

– İstintaq sirri olduğuna görə bu suallara cavab verə bilmərəm.

– Rəqsanə xanım Rusiyada yaşayırdı. Onun Azərbaycana qayıdışının barəsindəki ittihamlarla əlaqəsi varmı?

– Rəqsanə xanım ildə bir neçə dəfə ölkəyə gəlib-gedib. Sonuncu gəlişi sözügedən ittihamla bağlı deyil.

– Bir müddət əvvəl Rəqsanə xanımın həyat yoldaşından ayrılması barədə xəbərlər yayılmışdı. Onun boşanması ilə həbsi arasında əlaqə varmı?

– Bu barədə məlumatım yoxdur.

– Rəqsanə xanım hazırda harada saxlanılır?

– Hazırda Sabunçu Rayon Polis İdarəsində saxlanılır. Barəsində həbs qətimkan tədbiri seçilib.

– Bəs bununla əlaqədar apellyasiya şikayəti veriləcək?

– Biz onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə razı deyilik. Avqustun 18-i apellyasiya şikayəti verəcəyik.

– Barəsində həbs qətimkan tədbiri seçiləndən sonra Rəqsanə İsmayılova ilə görüşmüsünüz?

– Bəli, görüşmüşəm.

– Əhvalı necədir?

– Əladır.

– Rəqsanə xanım istintaq təcridxanasına nə zaman köçürüləcək?

– Bu müvafiq orqanların işidir. Yəqin ki yaxın günlərdə köçürüləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa