Rəqsanən 4 mərtəbəli villası-Foto
Telelayihəsinə 100 min manat xərcləyən müğənni Rəqsanə özünə 4 mərtəbəli villa tikdirir.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, məşhur hələ inşası tam başa çatmayan dəbdəbəli bağ evinin fotolarını İnstagram səhifəsində paylaşıb.
“Allah hamıya qismət eləsin, bağ evim hazir olur. Sonra başqa söz yazmağa başlamayın. Mənim də çox əziyyətim, çətinliyim olub. Balalarma, ailəmə görə dözmüşəm. Bu mənim üçün böyük şeydir. Arzum olub, Allah bu arzularıma çatdırıb. ”- yazaraq, mətbuat nümayəndələrinə də mesaj göndərib.
Rəqsanə İsmayılova uzun illər Bakıda kirayə tutduğu evdə yaşayıb. Borclarına görə təzyiqlərlə və məhkəmə çəkişmələrilə üzləşdiyindən bir müddət Moskvada və Türkiyədə yaşadıqdan sonra Azərbaycana qayıtdı.