Rusiya və Azərbaycan arasında mühüm saziş

media-hightechnic-468x90

Azerbaijan_Russia_flags_Album_010512Azərbaycan prezidenti İlham Əliyev Mərkəz Bank yanında Maliyyə Monitorinqi Xidməti ilə Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidmət arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ilə Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidmət arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında 2015-ci il aprelin 6-da Strasburq şəhərində imzalanmış saziş təsdiq edilib.

Həmçinin Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinə bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilmək tapşırlıb.

Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası hökumətinə bildiriş göndərəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600