Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyadan Azərbaycana bu reyslər açılır - SİYAHI

Bakıya müntəzəm uçuşlar üçün “Uralskiye avialinii”, “Severnıy veter”, “Red Uinqz”, “İkar”, “İjavia”, “İrAero” şirkətlərinə lisenziyalar verilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyi məlumat yayıb.

Lisenziyalara əsasən, “Uralskiye avialinii” həftədə üç dəfə Voronej-Bakı, İrkutsk-Bakı və Omsk-Bakı marşrutları ilə uçuşlar keçirəcək.

“Severnıy veter” həftədə yeddi dəfə Kalininqrad-Bakı və Vladiqafqaz-Bakı reyslərini reallaşdıracaq.

“Red Uinqz” üçün həftədə dörd dəfə Jukovski-Gəncə, həftədə yeddi dəfə Jukovski-Bakı reysləri, “İkar” üçün həftədə yeddi dəfə Vladiqafqaz-Bakı reysləri, “İjavia” üçün həftədə iki dəfə Mineralnıe Vodı-Bakı, Omsk-Bakı, Kazan-Bakı və Ufa-Bakı reysləri, “İrAero” üçün Jukovski-Bakı, Ufa-Bakı və Samara-Bakı reysləri üçün lisenziya verilib.

Loading...

www.yenicag.az

163
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100