“Səhər bu mahnını ifa edərək oyandım”- Caqanın “Taleh”i – Video

media-hightechnic-468x90

2015-03-20-20-57-25cavansir-babeliogluBu yaxında özünü Popun Kralı elan edib, “Taleh” mahnısı ilə səhnəyə qayıdacağını söyləyən  müğənni Caqa mahnısını təqdim eləyib.

Sözləri və musiqisi özünə məsus olan mahnını Elvin Musayev oranjeman edib. Hatəm Nəbioğlunun studiyasında lentə alınan mahnıya nəfəs aləti ifaçısı Azad rəng qatıb.

Yenicag.az xəbər verir ki, mahnı ilə bağlı fikirlərini mia.az-a açıqlayan müğənni yaxın günlərdə klip çəkilişlərinə başlayacağını bildirib:

“Artıq 2-3 il olar ki, mahnı yazmırdım. Hətta fikirləşirdim, birdə yaza bilməyəcəm. Amma günlərin birində həyat gözümdə söndü, fikirləşdimki, bəlkə də mənim üçün sabah olmayacaq. Gecə yata bilməsəm də, güclə yuxuya getdim, səhər bu mahnını ifa edərək oyandım. Qəribə olsa da, bu, mənim yaşadığım hisslərdir. Mən də yaşadığım hissləri paylaşmağı sevirəm. İlk dəfə idi, belə hisslər yaşayıb, mahnı yazırdım. Bu mahnıyla yenidən həyata qayıtdım. Artıq hər şey gözümdə başqadı. Mahnı məni o qədər ruhlandırıbki, İnşaAllah yaxın günlərdə  klipini çəkib, gözəl bir işlə tamaşaçıların görüşünə gəlməyi planlaşdırıram. İnşallah yaxın günlərdə efirlərimizin birində həm dəyərli tamaşaçılarımıza, həm də çox sevdiyim keçmiş həmkarlarıma klipimi təqdim edəcəyəm”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600