“Səhnəmizin şahzadəsi dedim, hamı qıcıqlandı: 114 il keçsə də, yenə deyəcəm!”
“Bu sözümə görə həm mənə, həm də Mələkxanım Əyyubovaya düşmən kəsildilər”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Mətanət Əliverdiyeva “Xəzər axşamı” verilişində deyib.
O, vaxtilə Xalq artisti Mələkxanım Əyyubovaya verdiyi yüksək dəyərə görə digər sənət adamları tərəfindən qınanıldığını bildirib:
“14 il əvvəl başqa bir kanalda çalışırdım. Mələkxanım Əyyubovanı verilişə dəvət edərkən işlətdiyim ifadəyə görə məni qınadılar. Demişdim ki, ‘Buyursun səhnəmizin şahzadəsi Mələkxanım Əyyubova…
Məhz bu sözümə görə mənə və Mələkxanıma düşmən kəsildilər. Düz demişəm də, Mələkxanım həm insanlığı, həm də sənəti ilə səhnəmizin kraliçasıdır. 14 il yox, lap 114 il keçsə də, yenə deyəcəm: Buyursun səhnəmizin şahzadəsi Mələkxanım Əyyubova!”
Nehru













